Logo
    main-post-cover

    T-Mobile çökdü: ABŞ-də istifadəçilər mobil rabitəsiz qaldı

    Cihazlar+
    28.07.2026
    Sevinj
        ABŞ-də T-Mobile istifadəçiləri mobil şəbəkədə genişmiqyaslı problem yaşayıblar. Bir çox istifadəçi mobil xidmətlərin işləmədiyini, bəziləri isə telefonlarında şəbəkə olmadığını göstərən “SOS” rejiminə keçdiyini bildirib.
        Problemlə üzləşən istifadəçilər narazılıqlarını sosial media platformalarında bölüşüblər. Bəzi istifadəçilər birbaşa T-Mobile-a müraciət edərək şirkətdən problemin səbəbi və aradan qaldırılması ilə bağlı məlumat tələb ediblər.
             
        X sosial şəbəkəsində bir istifadəçi mobil rabitə olmadığı üçün evə qayıtmaq məqsədilə Lyft sifariş edə bilmədiyini yazıb. Başqa bir istifadəçi isə yaşadığı ərazidəki T-Mobile mağazasının qarşısında uzun növbə yarandığını bildirib. Reddit-də də kəsinti ilə bağlı paylaşımlara böyük maraq göstərilib. Xəbərin hazırlandığı vaxt bir paylaşımda 5 500-dən çox şərh toplanıb. İstifadəçilər problemin mümkün səbəbləri və həll yolları ilə bağlı müxtəlif ehtimallar irəli sürüblər.
        Kəsinti fonunda “T-Mobile” X-də trend mövzular arasında yer alıb. “Is T-Mobile down?” və “T-Mobile outage” kimi axtarış sorğuları da Google-da trendə çevrilib. Şəbəkə kəsintisinin dəqiq səbəbi və problemin nə vaxt tam aradan qaldırılacağı ilə bağlı isə hələlik ətraflı məlumat verilməyib.
    Paylaş