T-Mobile kəsintisi zamanı T-Satellite də işləməyib
ABŞ-nin ən böyük mobil operatorlarından biri olan T-Mobile bazar ertəsi ölkə miqyasında ciddi xidmət kəsintisi ilə üzləşib. Problem nəticəsində çoxsaylı istifadəçi saatlarla mobil şəbəkəyə qoşula bilməyib. Şirkət baş verənlərə görə müştərilərindən üzr istəsə də, kəsintinin dəqiq səbəbi hələ açıqlanmayıb. Hadisə zamanı diqqətçəkən əsas məqamlardan biri isə T-Mobile-ın Starlink peykləri üzərindən təqdim etdiyi T-Satellite xidmətinin gözlənildiyi kimi işləməməsi olub.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...