Logo
    main-post-cover

    T-Mobile tətbiqsiz canlı zəng tərcüməsi funksiyasını test edir

    Cihazlar+
    11.02.2026
    Ilhama
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, ABŞ-nin mobil operatoru T-Mobile telefon zənglərini real vaxt rejimində 50-dən çox dilə tərcümə edən yeni süni intellekt funksiyasını test etməyə hazırlaşır. “Live Translation” adlanan bu xüsusiyyət 2026-cı ilin yazında beta mərhələsində istifadəyə veriləcək. Uyğun T-Mobile abunəçiləri bu gündən etibarən qeydiyyatdan keçə bilərlər.
    T-Mobile opens pre-orders on two 5G phones as low-band network goes live |  TechCrunch
        Şirkətin baş icraçı direktoru Srini Gopalan bildirib ki, insanların bir-birini anlamaması ən sadə, amma ən böyük problemlərdən biridir və bu yeni texnologiya məhz həmin baryeri aradan qaldırmağı hədəfləyir. Bu sistemin ən böyük üstünlüyü onun tətbiqsiz işləməsidir. Yəni istifadəçilərə əlavə proqram yükləmək və ya xüsusi cihaz almaq lazım deyil. Tərcümə birbaşa operatorun şəbəkə infrastrukturu üzərindən həyata keçirilir.
        Xidmət əsasən 5G Advanced şəbəkəsi üçün təqdim edilsə də, T-Mobile prezidenti John Saw bildirib ki, sistem həmçinin:
    • 4G LTE
    • 5G
    • VoLTE (Voice over LTE)
    • VoNR
    • VoWiFi
    üzərindən də işləyir.
        Əsas şərt zəngin VoLTE texnologiyası vasitəsilə qurulmasıdır. Bu isə funksiyanın daha geniş cihaz spektrində və müxtəlif şəbəkə şəraitində stabil işləməsinə imkan verir.
     
    Paylaş