Logo
    main-post-cover

    Tamölçülü Nothing Headphone (1) qulaqlığının fotoları ortaya çıxıb

    Cihazlar+
    20.06.2025
    Emil
         İnternetdə Nothing Headphone (1) adlı tamölçülü qulaqlığın fotoları ortaya çıxıb. Bu qulaqlıq 1 iyul tarixində Nothing Phone (3) smartfonu ilə birlikdə təqdim olunacaq. Nothing şirkətinin ilk tamölçülü qulaqlıqlığının texniki xüsusiyyətləri hələ açıqlanmayıb, lakin artıq onun dizaynı barədə müəyyən təsəvvür formalaşıb. Məlumata əsasən Nothing Headphone (1) sənayedə geniş yayılmış ənənəvi qulaqlıq dizaynına sahib olmayacaq. Şirkət öz estetik üslubunu ilk tamölçülü qulaqlıq modelinə tətbiq edəcək. Ortaya çıxmış fotolarda düzbucaqlı qulaqcıq hissələri və çıxıntılı, şəffaf oval elementlər yer alır.
         Görünür, bu hissələrə zəngləri qəbul etmək və aktiv səsboğma üçün mikrofonlar yerləşdirilib. Qulaqlığın düzbucaqlı əsaslarında yan tərəfdə 2 fiziki düymə və alt hissədə bir neçə giriş müşahidə olunur. Görünür ki, Nothing Headphone (1) qulaqlığının düzbucaqlı əsasının digər tərəfində yerləşən qulaq yastıqları da oval formadadır. Fotolara əsasən, bu qulaqlığı 3,5 mm-lik audiogiriş vasitəsilə də cihazlara qoşmaq mümkün olacaq. Eyni zamanda, qulaqlığın modelinin qatlanan konstruksiyaya malik olmadığı görünür. Bununla belə, digər bu tip cihazlarda olduğu kimi, baş bandı istifadəçinin baş ölçüsünə uyğun şəkildə tənzimlənə bilər. Son sızıntılara görə, Nothing Headphone (1) qulaqlığının qiyməti ABŞ-da 309$, Avropa Birliyində 299 avro təşkil edəcək.
    Paylaş