
Tədqiqat: 10 insandan 9-u mobil telefonun yaxınlıqda olmadığı zaman ciddi narahatlıq keçirir
Psixoloji Keyfiyyət Tədqiqat İnstitutunun vitse-prezidenti Mao Shuman-ın təqdim etmiş olduğu yeni hesabata əsasən insanların 89.2%-i mobil telefondan istifadə imkanına sahib olmadıqları zaman ciddi narahatlıq hissi keçirirlər. İnsanlar arasında aparılmış sorğu onu göstərib ki, onların smartfonları yaxınlıqda yerləşmədikləri halda onlar özlərini komfortlu hiss etməyəcəklər. Bununla yanaşı sorğuda iştirak etmiş şəxslərin 64.9%-i bildirib ki, bu halda onların aktivlikləri azalacaq və onlar diqqətlərini cəmləyə bilməyəcəklər. Hesabata əsasən 1990-cı ildən sonra doğulan şəxslər arasında mobil telefondan istifadə göstəricisi rekord həddə çatıb.
Aparılmış sorğuda iştirak etmiş insanların 89.2%-i qeyd edib ki, onların smartfonları yaxınlıqda olmadıqda narahatlıq hissi keçirtməyə başlayırlar. Bununla belə sorğuda iştirak etmişlər arasında 80-ci və 90-cı illərdə doğulmuş insanlarda smartfonlardan asılılıq yüksək göstəricidə müşahidə edilib. 80-ci illərdə doğulmuş şəxslər arasında bu göstərici 90.7%, 90-cı illərdə doğulmuş şəxslər arasında isə 90.4% təşkil edib. Mao Shuman belə qənaətə gəlib ki, smartfonlardan asılılıq işi, təhsili və sosial həyatı çətinləşdirir.
Bundan əlavə olaraq smartfonlardan asılı olan insanlarda özgüvənsizlik yaranır. Əlavə olaraq bu cür insanlarda bəzi fizioloji və psixoloji simptomlar yaranır. Məsələn insanın ekrana həddən artıq diqqət ayırması onun tənbəlliyinə səbəb olur. Bu isə öz növbəsində insanın həm fiziki həm də emosional vəziyyətinə təsir göstərir. Onu da qeyd etmək lazımdır ki, servislərin, xidmətlərin və identifikasiya məlumatlarının çoxu smartfona keçid edib. Buna görə də smartfonun itirilməsi və ya yaxınlıqda yerləşməməsi səbəbilə istifadəçidə narahatlıq hissinin yaranması tamamilə əsaslandırılmış bir faktdır.
Paylaş
Bənzər xəbərlər