Logo
    main-post-cover

    Tədqiqat: iPhone ilə müqayisədə Android smartfonlar istifadədə daha sadədirlər

    Cihazlar+
    23.06.2023
    Emil
        Mövcud olan fikirə əsasən çoxlu sayda imkanlara və ayarlara sahib olan Android smartfonlarla müqayisədə Apple smartfonları istifadədə çox sadədirlər. Lakin Green Smartphones saytının aparmış olduğu araşdırma vəziyyətin tamamilə əksinə olduğunu göstərib. Green Smartphones saytının əməkdaşları smartfonlarda bu və ya digər tapşırıqların yerinə yetirilməsi məsələsində istifadəçilərin internet sorğularını analiz ediblər. Bunun üçün onlar son 12 ay ərzində ABŞ-da axtarış sorğularının ortalama aylıq həcmlərini müşahidə ediblər. Bununla yanaşı onlar nəzərə alıblar ki, Android cihazlar halında istifadəçilər konkret smartfon modelləri üzrə axtarışlar apara bilərlər.
        Buna görə də onlar fərdi şəkildə statistik göstəriciləri qaldırıblar. Bu istiqamətdə Green Smartphones saytının əməkdaşları “Samsung smartfonlarında necə screenshot çəkmək olar” və ya “Google Pixel-də necə screenshot çəkmək olar” kimi konkret axtarış sorğularını analiz ediblər. Məlum olub ki, cihazlarda baza və ya orta səviyyəli qəlizliyə sahib tapşırığın həllinin tapılması üçün ay ərzində Android istifadəçilərdən ümumilikdə 226 000 axtarış sorğusu göndərilir. iOS istifadəçilərində isə bu göstərici 358 000 axtarış sorğusu təşkil edir. Burdan da belə qənaətə gəlmək olar ki, iPhone-lardan fərqli olaraq Android smartfonlar intuitiv səviyyədə 58.41% daha anlaşılandırlar.
    Paylaş
    Bənzər xəbərlər