Logo
    main-post-cover

    Təqdim olunacaq qatlana bilən OnePlus Open 2-nin batareya həcmi açıqlanıb

    Cihazlar+
    29.10.2024
    Emil
         OnePlus keçən il qatlana bilən OnePlus Open smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun davamçısı olacaq OnePlus Open 2-nin təqdimatına hazırlaşır. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində OnePlus Open 2-nin bəzi özəlliklərini açıqlayıb. Beləliklə insayderin sözlərinə əsasən OnePlus Open ilə müqayisədə OnePlus Open 2 daha nazik gövdəni əldə edəcək. Bununla yanaşı yeni smartfon 5700 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, birinci nəsil OnePlus Open modelinin batareya həcmi 4805 mAh təşkil edir. İnsayderin sözlərinə əsasən yeni qatlana bilən smartfonu OnePlus Open-dən fərqləndirəcək daha bir özəllik ondan ibarət olacaq ki, OnePlus Open 2 sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə sahib olacaq. OnePlus Open 2-nin Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacağı və özündə üçlü arxa kameranı birləşdirəcəyi gözlənilir. Smartfon artıq gələn ay təqdim oluna bilər.
    Paylaş