
Təqdim olunmamış Honor 300 smartfonu çinli məşhurun əlində görülüb
Cihazlar+
18.11.2024
Emil
Çinli aktrisa tədbirlərdən birində əlində Honor-un hələ təqdim olunmamış smartfonu ilə birlidkə görülüb. Çox güman ki, söhbət, Honor 300 smartfonundan gedir. Ortaya çıxmış fotolara əsasən Honor öz smartfonlarında kamera sahəsinin qeyri-adi forması ilə təcrübələr aparmağa davam edir. Fotoların aşağı keyfiyyətdə olduqları üçün detalları tam aydın şəkildə görmək mümkün deyil. Lakin aydındır ki, smartfon minimum iki ədəd arxa kameraya sahib olacaq. Bununla yanaşı smartfonun arxa paneli parlaq materialdan hazırlanacaq. Son məlumat sızıntılarına əsasən Honor 300 smartfon seriyasına 4 model daxil olacaq. Honor 300 Pro modelinin 1.5K keyfiyyətli OLED ekranı əldə edəcəyi və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Honor 300 seriyasının nə zaman təqdim olunacağı bilinmir.




Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
