
Təqdim olunmamış Huawei Enjoy 70X-in dizaynı və bəzi texniki imkanları məlum olub
Cihazlar+
27.12.2024
Emil
China Telecom-un məlumatlar bazasında Huawei şirkətinin yeni smartfonu ortaya çıxıb. Ortaya çıxmış smartfon BRE-AL80 model nömrəsinə sahibdir. İnsayderlərin sözlərinə əsasən bu hələ təqdim olunmamış Huawei Enjoy 70X-dir. China Telecom sayəsində bu smartfonun xarici görünüşü və bəzi texniki imkanları məlum olub. Fotoya əsasən Huawei Enjoy 70X smartfonu yastı gövdə dizaynını əldə edəcək və onun ekranı üzərində kiçik dairəvi çıxıntı yerləşəcək. Məlumatda qeyd edilib ki, smartfon 1920x1200 piksel keyfiyyətli 6.7 düym ölçülü ekranla təchiz olunacaq və özündə 8 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini birləşdirəcək. Smartfonun əməliyyat sistemi qismində isə HarmonyOS 4.3 qeyd edilib. Təəssüflər olsun ki, məlumatlar arasında smartfonun prosessoru qeyd edilməyib. Huawei Enjoy 70X-in nə zaman təqdim olunacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
