Logo
    main-post-cover

    Təqdimata az müddət qalmış insayderlər Xiaomi 15-in əsas texniki imkanlarını açıqlayıblar

    Cihazlar+
    16.10.2024
    Emil
          Xiaomi şirkəti Xiaomi 15 smartfon seriyasını 23 oktyabr tarixində təqdim edəcək. Bu seriyaya Xiaomi 15 və Xiaomi 15 Pro modelləri daxil olacaqlar. İndiyənə kimi insayderlər əsasən Xiaomi 15 Pro-nun texniki imkanları barəsində məlumat verirdilər. İndi isə onlar təqdimata az müddət qalmış adi Xiaomi 15-in əsas texniki imkanlarını açıqlayıblar. Beləliklə onların sözlərinə əsasən Xiaomi 15 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.36 düym ölçülü AMOLED ekranla təchiz olunacaq.
         Smartfon Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, bu yeni flaqman prosessor artıq yaxın günlərdə təqdim olunacaq. Kameralar mövzusunda Xiaomi 15 smartfonu 50 MP + 50 MP + 50 MP üçlü arxa kameraya sahib olacaq. Batareyaya gəldikdə isə smartfon özündə 90 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirəcək və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək.
    Paylaş