
Təqdimata az müddət qalmış vivo X200 Pro-nun əsas texniki imkanları açıqlanıb
Cihazlar+
03.10.2024
Emil
Vivo şirkəti 14 oktyabr tarixində vivo X200 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya 3 model daxil olmalıdır. Vivo X200, X200 Pro və X200 Pro mini. İndi isə internetdə vivo X200 Pro-nun əsas texniki imkanları ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumata əsasən vivo X200 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.78 düym ölçülü OLED ekranla təchiz olunacaq.
Smartfonun gövdəsi IP68 və IP69 standartları üzrə sudan və tozdan qorunma özəlliyini əldə edəcək. Smartfon MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacaq. Kameralar mövzusunda vivo X200 Pro 50 MP (f/1.57 diafraqma, optik stabilizasiya) + 200 MP (3.7 qat zoom, 100 qat hibrid zoom) + 50 MP üçlü arxa kameraya sahib olacaq. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və üstəlik 30 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
