
Təqdimata az müddət qalmış Xiaomi 14 Ultra-nın render fotoları təqdim edilib
Cihazlar+
14.02.2024
Emil
Xiaomi-nin MWC 2024 sərgisi çərçivəsindəki təqdimatına az müddət qalıb. Təqdimat 25 fevral tarixində baş tutacaq. Təqdimata az müddət qalmış Mysmartprice saytı Xiaomi 14 Ultra smartfonunun render fotolarını təqdim edib. Təqdim edilmiş fotolarda smartfonun arxa paneli əks olunub. Fotolardan da görmək olar ki, yeni smartfon xarici görünüşcə Xiaomi 13 Ultra-dan heç də fərqlənməyəcək. Xiaomi 14 Ultra bazarda minimum iki gövdə rəngində satışa çıxacaq. Ağ və qara.

Onun arxa panelində böyük ölçülü dairəvi kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 4 ədəd kamera obyektivi mövcud olacaq. Son məlumat sızıntılarına əsasən Xiaomi 14 Ultra 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 6.73 düym AMOLED ekranla təchiz olunacaq, Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq, 50 MP + 50 MP + 50 MP + 50 MP dördlü arxa kameranı əldə edəcək və özündə 5300 mAh enerji tutumlu batareyanı birləşdirəcək.


Paylaş
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
