Logo
    main-post-cover

    Təqdimata hazırlaşan Apple Watch Series 10 smart saatı barəsində ilk detallı məlumatlar təqdim edilib

    Cihazlar+
    03.09.2024
    Emil
         Apple şirkətinin 9 sentyabr tarixində iPhone 16 smartfonları ilə yanaşı Apple Watch Series 10 smart saatını da təqdim edəcəyi gözlənilir. İndi isə insayderlər bu smart saat barəsində ilk detallı məlumatları təqdim ediblər. Onların sözlərinə əsasən təqdim olunacaq Apple Watch Series 10 smart saatı Apple Watch Ultra-ya bənzəyəcək. Yeni smart saat yastı gövdəni əldə edə bilər. Lakin bu məsələ ilə bağlı insayderlər əmin deyillər.
         Bununla yanaşı məlumatda qeyd edilib ki, Apple Watch Series 10 smart saatı iki ölçü variantında təqdim olunacaq. Birinci variant 42 mm gövdə ölçüsünə, ikinci variant isə 46 mm gövdə ölçüsünə sahib olacaq. Nəticədə yeni smart saat daha öncəki Apple Watch modellərindən daha böyük olacaq. Apple Watch Series 10-un gövdəsinin nazik olacağına baxmayaraq smart saat özündə iki ədəd səsgücləndiricini birləşdirəcək. İnsayderlər bildiriblər ki, smart saatın gövdəsi paslanmaz polad əvəzinə titan materialdan hazırlanacaq. Bunun sayəsində smart saat daha yüngül olacaq.
    Paylaş