Logo
    main-post-cover

    Təqdimata hazırlaşan büdcəli POCO C75 smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    30.09.2024
    Emil
         Xiaomi-nin POCO brendi POCO C75 adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Məlum olub ki, bu yeni büdcəli smartfon Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar məlum olub. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən POCO C75 smartfonu 2.0 GHz tezlikdə çalışan 2 ədəd nüvədən və 1.7 GHz tezlikdə çalışan 6 ədəd nüvədən təşkil edilmiş prosessora sahibdir. Çox güman ki, söhbət, MediaTek Helio G70 və ya Helio G85 prosessorundan gedir. Geekbench testlərindən smartfonun 8 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı Geekbench sayəsində məlum olub ki, smartfon qutudan Android 14 vasitəsilə çalışacaq. Beləliklə POCO C75 smartfonu Geekbench-in bir nüvəli testi çərçivəsində 302 xal, çox nüvəli testi çərçivəsində isə 1352 xal toplayıb. Smartfonun yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Paylaş