
Təqdimata hazırlaşan büdcəli Redmi 14C 4G-nin hansı prosessoru əldə edəcəyi açıqlanıb
Cihazlar+
26.08.2024
Emil
Xiaomi-nin Redmi brendi 31 avqust tarixində Redmi 14C 4G adlı yeni büdcəli smartfonunu təqdim edəcək. İndi isə insayderlər sözügedən yeni büdcəli smartfonun hansı prosessor vasitəsilə çalışacağını açıqlayıblar. Beləliklə onların vermiş olduqları məlumata əsasən Redmi 14C 4G smartfonu 8 nüvəli MediaTek Helio G81 Ultra prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, bundan əlavə olaraq smartfon 6.88 düym ölçülü ekranı əldə etməli, özündə 50 MP-lik əsas arxa kameranı birləşdirməli və üstəlik 18 vatt gücündə sürətli şarj texnologiyalı 5160 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır.


Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
