main-post-cover

    Təqdimata hazırlaşan CMF Phone 1-in hansı növ ekranı və hansı prosessoru əldə edəcəyi açıqlanıb

    Cihazlar+
    01.07.2024
    Emil Nəcəfov
         Nothing şirkətinin CMF adlı subbrendi 8 iyul tarixində ilk smartfonu olacaq CMF Phone 1-i təqdim edəcək. Təqdimat günü yaxınlaşdıqca subbrend sözügedən smartfon barəsində daha çox məlumatı təqdim edir. Bu dəfə CMF Phone 1-in hansı növ ekran ilə hansı həcmdə RAM yaddaşını əldə edəcəyi və hansı prosessor vasitəsilə çalışacağı məlum olub. Subbrend tərəfindən təqdim edilmiş iki ədəd posterdən birində əks olunmuş məlumata əsasən CMF Phone 1 smartfonu Super AMOLED ekranla təchiz olunacaq.
         Çox güman ki, ekran 120 Hz-lik təsvir yenilənməsi dəstəyinə sahib olacaq. İkinci posterdə isə qeyd edilib ki, smartfon MediaTek Dimensity 7300 5G prosessoru vasitəsilə çalışacaq və 8 GB RAM-ı əldə edəcək. Bununla yanaşı smartfon virtual RAM özəlliyinə də sahib olacaq. Bunun sayəsində RAM yaddaşını əlavə olaraq 8 GB genişləndirmək mümkün olacaq. Daha öncəki məlumat sızıntılarına əsasən CMF Phone 1 özündə 50 MP-lik əsas arxa kamera ilə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək və qutudan Android 14-ü əldə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    CMF Watch Pro 2 smart saatının dizaynı qismən sərgilənib
    cmf-watch-pro-2-smart-saatinin-dizayni-qismen-sergilenib
    CMF Phone 1-in əsas fərqləndirici özəlliyi sərgilənib
    cmf-phone-1-in-esas-ferqlendirici-ozelliyi-sergilenib
    Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smartfonunun təqdimatını rəsmi şəkildə anons edib
    nothing-sirketinin-cmf-adli-subbrendi-oz-ilk-smartfonunun-teqdimatini-resmi-sekilde-anons-edib
    CMF Phone 1-in konstruksiyasının maraqlı özəlliyi sərgilənib
    cmf-phone-1-in-konstruksiyasinin-maraqli-ozelliyi-sergilenib
    CMF Phone 1-in standart versiyasının satış qiyməti açıqlanıb
    cmf-phone-1-in-standart-versiyasinin-satis-qiymeti-aciqlanib