main-post-cover

    Təqdimata hazırlaşan Galaxy A25 5G-nin yeni render fotoları təqdim edilib

    Cihazlar+
    17.11.2023
    Emil Nəcəfov
         Samsung şirkəti hal hazırda Galaxy A smartfon seriyasının yeni modeli olacaq Galaxy A25 5G-nin təqdimatına hazırlaşır. Mysmartprice saytı isə öz növbəsində sözügedən smartfonun yeni render fotolarını təqdim edib. Təqdim edilmiş fotolarda smartfon 4 gövdə rəngində əks olunub. Son məlumat sızıntılarına əsasən Galaxy A25 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym ekranla təchiz olunacaq. Smartfonun Exynos 1280 prosessoru vasitəsilə çalışacağı və özündə 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı, 13 MP-lik ön kameranı və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir. Galaxy A25 5G-nin gələn ilin əvvəlində təqdim olunacağı güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Xcover 7 smartfonu Geekbench testlərindən keçib
    samsung-galaxy-xcover-7-smartfonu-geekbench-testlerinden-kecib
    Samsung Galaxy S24 və S24+ smartfonlarının real fotoları ortaya çıxıb
    samsung-galaxy-s24-ve-s24-smartfonlarinin-real-fotolari-ortaya-cixib
    Galaxy A15 büdcəli smartfonu Geekbench testlərindən keçib
    galaxy-a15-smartfonu-geekbench-testlerinden-kecib
    Samsung Galaxy Fit 3 smart qolbağının qiyməti məlum olub
    samsung-galaxy-fit-3-smart-qolbaginin-qiymeti-melum-olub
    Samsung büdcəli qatlana bilən smartfon üzərində çalışmır
    samsung-budceli-qatlana-bilen-smartfon-uzerinde-calismir