
Təqdimata hazırlaşan Honor 300 Pro smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
28.11.2024
Emil
Honor 300 smartfon seriyası 2 dekabr tarixində Çində təqdim olunacaq. Bu seriyaya daxil olacaq modellərdən biri də Honor 300 Pro olacaq. İndi isə məlum olub ki, Honor 300 Pro modeli Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Geekbench-in məlumatlar bazasına əsasən Honor 300 Pro smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsiolə çalışacaq. Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, smartfon qutudan Android 15-i əldə edəcək. Beləliklə bu yeni smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 2141 xal, çox nüvəli testi çərçivəsində isə 6813 xal toplayıb.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
