
Təqdimata hazırlaşan Huawei Mate 70-in texniki imkanları ilə bağlı yeni təfərrüatlar təqdim edilib
Cihazlar+
07.11.2024
Emil
Huawei şirkəti artıq rəsmi şəkildə təsdiqləyib ki, Mate 70 smartfonları bu ay ərzində təqdim olunacaqlar. Bir neçə gün bundan öncə Digital Chat Station ləqəbli məşhur insayder Mate 70 smartfonlarının hansı tarixdə təqdim olunacaqlarını açıqladı. Onun sözlərinə əsasən smartfonlar 19 noyabr tarixində Çində təqdim olunacaqlar. İndi isə həmin insayder adi Mate 70 smartfonu barəsində təfərrüatları təqdim edib.
Beləliklə insayderin sözlərinə əsasən adi Mate 70 modeli 1.5K keyfiyyətli 6.69 düym ölçülü yastı ekranla təchiz olunacaq. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcək. Məlumatda qeyd edilib ki, smartfon özündə 50 MP + 12 MP ikili arxa kameranı birləşdirəcək. 12 MP-lik kamera telekamera olacaq və o, 5 qat zoom-u təmin edəcək. Qeyd etmək lazımdır ki, Mate 70 smartfonları çox güman ki, 5G dəstəkli Kirin prosessoru vasitəsilə çalışacaqlar.
Paylaş
Ən çox oxunanlar

Günəşə oxşar ulduzun ətrafında su kəşf edilib
