
Təqdimata hazırlaşan Huawei nova 13 Pro barəsində bəzi təfərrüatlar təqdim edilib
Cihazlar+
21.10.2024
Emil
Huawei şirkəti 22 oktyabr tarixində nova 13 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya minimum iki model daxil olacaq. Huawei nova 13 və nova 13 Pro. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder nova 13 Pro barəsində bəzi məlumatları çatdırıb. Beləliklə insayderin sözlərinə əsasən Huawei nova 13 Pro smartfonu 1.5K keyfiyyətli ekrana sahib olacaq və ekranın kənar hissələri əyilmiş dizaynda hazırlanacaq. Üstəlik smartfon 60 MP-lik ön kameranı əldə edəcək. İnsayder bildirib ki, nova 13 Pro-nun arxa kameralarından biri 60 MP-lik, biri isə dəyişkən diafraqmalı obyektiv olacaq. Üstəlik smartfon 100 vatt gücündə sürətli şarj texnologiyasını və peyk rabitəsi özəlliyini dəstəkləyəcək. Qeyd etmək lazımdır ki, smartfon Kirin prosessoru vasitəsilə çalışmalıdır.

Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
