
Təqdimata hazırlaşan Huawei Watch Fit 3 smart saatının əsas özəllikləri açıqlanıb
Cihazlar+
01.05.2024
Farid
Huawei şirkəti dünən qlobal bazarda yeni cihazlarının təqdimatlarını anons etdi. Şirkət öz yeni cihazlarını qlobal bazarda 7 may tarixində təqdim edəcək. Təqdim ediləcək cihazlar arasında Huawei Watch Fit 3 smart saatı da olmalıdır. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə sözügedən smart saatın render fotoları ortaya çıxmışdı. Həmin render fotolara əsasən sözügedən smart saat xarici görünüşcə Apple Watch modellərini xatırladacaq. İndi isə Roland Quandt adlı məşhur insayder Huawei Watch Fit 3 smart saatının bəzi texniki özəllikləri barəsində məlumatları bölüşüb.

Beləliklə insayderin sözlərinə əsasən Huawei Watch Fit 3 smart saatı bazara 3 gövdə rəngində satışa çıxacaq və o, 480x480 piksel keyfiyyətli 1.82 düym AMOLED ekranla təchiz olunacaq. Smart saat özündə Bluetooth 5.2-ni, GPS-i və istifadəçi səhhətinin müxtəlif göstəricilərini ölçmək üçün nəzərdə tutulmuş sensorları birləşdirəcək. İnsayder bildirib ki, Huawei Watch Fit 3 smart saatı 400 mAh enerji tutumlu batareyanı əldə edəcək və bir dəfə şarj olunandan sonra 10 gün ərzində çalışa biləcək. Bundan əlavə olaraq smart saatın gövdəsi sudan və tozdan qorunma özəlliyinə sahib olacaq. İnsayderin sözlərinə inansaq, Huawei Watch Fit 3-ün rezin kəmərli versiyası 160 avroya, dəri kəmərli versiyası isə 180 avroya satılacaq.
Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
