
Təqdimata hazırlaşan Moto Edge 50 Neo-nun texniki imkanları ortaya çıxıb
Cihazlar+
21.08.2024
Emil
Motorola şirkəti Moto Edge seriyasının yeni smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, Moto Edge 50 Neo-dan gedir. Məlum olub ki, bu yeni smartfon Ukraynanın Citrus adlı online mağazasında ortaya çıxıb. Beləliklə Moto Edge 50 Neo-nun bu online mağazasının səhifəsindəki məlumatlara əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.4 düym ölçülü OLED ekranla təchiz olunacaq və MediaTek Dimensity 7300 prosessoru vasitəsilə çalışacaq. Smartfon özündə 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini birləşdirəcək. Məlumata əsasən kameralar mövzusunda Moto Edge 50 Neo 50 MP + 13 MP + 10 MP üçlü arxa kameranı, 32 MP-lik ön kameranı və 4310 mAh enerji tutumlu batareyanı əldə edəcək. Çox güman ki, Moto Edge 50 Neo yaxın zamanda təqdim olunacaq.

Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
