Logo
    main-post-cover

    Təqdimata hazırlaşan Moto G05 və Moto G15 smartfonlarının fotoları təqdim edilib

    Cihazlar+
    22.11.2024
    Emil
         Motorola şirkəti yaxın zamanda Moto G seriyasının yeni büdcəli smartfonlarını təqdim edəcək. Söhbət, Moto G05 Moto G15 modellərindən gedir. İndi isə insayderlər bu smartfonların render fotolarını təqdim ediblər. Beləliklə təqdim edilmiş fotolara əsasən Moto G05 və Moto G15 smartfonları xarici görünüşcə bir-birilərinə bənzəyəcəklər. Hər iki smartfon yastı gövdə və ekran dizaynını əldə edəcək.
         Smartfonların arxa panellərində isə kvadrat formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 3 ədəd kamera olacaq. İnsayderlərin sözlərinə əsasən Moto G05 modeli 4 GB RAM128 GB daxili yaddaş həcmi ilə, Moto G15 modeli isə 4/8 GB RAM256 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Üstəlik hər iki smartfon özündə 50 MP-lik əsas arxa kameranı birləşdirməlidir. Smartfonların texniki imkanları barəsində digər bir məlumat yoxdur.
    Paylaş