Logo
    main-post-cover

    Təqdimata hazırlaşan Moto G45-in yeni fotoları təqdim edilib

    Cihazlar+
    16.08.2024
    Emil
         Dünən Motorola şirkəti Moto G seriyasının yeni smartfonunun təqdimatını anons etdi. Söhbət, Moto G45-dən gedir. İndi isə insayderlər bu smartfonun yeni keyfiyyətli fotolarını təqdim ediblər. Təqdim edilmiş fotolar sayəsində Moto G45-in bəzi özəllikləri də məlum olub. Məlumata əsasən smartfon plastik gövdəyə sahib olacaq və gövdənin özü su damcılarından qorunma özəlliyini özündə birləşdirəcək. Moto G45-in arxa paneli isə dəriyə bənzər material ilə örtülü olacaq.
         Smartfon Face Unlock funksiyasını əldə edəcək və barmaq izi skanı texnologiyası onun yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcək. Bundan əlavə olaraq fotolardan birində qeyd edilib ki, smartfon 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Moto G45-in 120 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.5 düym ölçülü ekranla təchiz olunacağı və Snapdragon 6s Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
    Paylaş