Logo
    main-post-cover

    Təqdimata hazırlaşan Moto G55-in render fotoları təqdim edilib

    Cihazlar+
    21.08.2024
    Emil
         Motorola şirkəti biraz əvvəl Moto G45 5G smartfonunu təqdim etdi. Lakin indi məlum olub ki, şirkət Moto G seriyasının daha bir yeni modeli üzərində çalışır. Söhbət, Moto G55-dən gedir. Evan Blass adlı məşhur insayder öz növbəsində Moto G55-in keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş fotolarda smartfonun yalnız ön paneli əks olunub. Fotolardan da görmək olar ki, Moto G55 smartfonu yastı gövdə dizaynını əldə edəcək. Müvafiq olaraq smartfon yastı ekrana sahib olacaq. Ekran üzərində dairəvi formalı kiçik çıxıntı yerləşəcək. Üstəlik Moto G55 özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirəcək. Moto G55-in texniki imkanları barəsində hələ heç bir məlumat yoxdur. Onun sentyabr ayında təqdim olunma ehtimalı var.
    Paylaş