
Təqdimata hazırlaşan Moto G55 smartfonunun texniki imkanları təqdim edilib
Cihazlar+
22.08.2024
Emil
Motorola şirkəti hal-hazırda Moto G55 adlı yeni smartfonunun təqdimatına hazırlaşır. Dünən Evan Blass adlı məşhur insayder bu smartfonun keyfiyyətli render fotolarını təqdim etmişdi. İndi isə 91mobiles saytı Moto G55-in texniki imkanlarını təqdim edib. Beləliklə təqdim edilmiş məlumata əsasən Moto G55 smartfonunun gövdəsi IP54 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq və onun ekranı Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə olunacaq.

Smartfon MediaTek-in 5G dəstəkli Dimensity prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı Moto G55 özündə 50 MP + 8 MP ikili arxa kameranı və 16 MP-lik ön kameranı birləşdirəcək. Batareyaya gəldikdə isə o, 30 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edəcək. Məlumata əsasən smartfon bazarda 8 GB RAM-a və 256 GB daxili yaddaş həcminə sahib versiyada satışa çıxacaq. Moto G55-in yaxın zamanda təqdim olunacağı gözlənilir.




Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
