
Təqdimata hazırlaşan Motorola Razr 50 Ultra smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
20.06.2024
Emil
Motorola şirkəti keçən həftə öz yeni qatlana bilən qapaqlı smartfonlarının təqdimatlarını anons etdi. Söhbət, Motorola Razr 50 və Razr 50 Ultra smartfonlarından gedir. Bu smartfonlar 25 iyun tarixində Çində təqdim olunacaq. İndi isə Motorola Razr 50 Ultra modelinin Geekbench testlərindən keçdiyi məlum olub. Geekbench sayəsində məlum olub ki, Motorola Razr 50 Ultra smartfonu Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 12 GB RAM-a sahib versiyası keçib.
Üstəlik Geekbench sayəsində məlum olub ki, Motorola Razr 50 Ultra qutudan Android 14-ü əldə edəcək. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1829 xal, çox nüvəli testi çərçivəsində isə 4214 xal toplayıb. Daha öncəki məlumat sızıntılarına əsasən Motorola Razr 50 Ultra smartfonu 6.9 düym ölçülü daxili ekran və 3.6 düym ölçülü xarici ekran ilə təchiz olunacaq. Bununla yanaşı smartfonun özündə 50 MP + 50 MP + 32 MP üçlü arxa kameranı birləşdirəcəyi gözlənilir.

Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
