
Təqdimata hazırlaşan Nothing Phone (3)-ün render fotosu təqdim edilib
Cihazlar+
11.06.2025
Emil
Nothing şirkəti 1 iyul tarixində Nothing Phone (3) smartfonunu təqdim edəcək. İndiyənə kimi bu smartfonun xarici görünüşü məlum deyil idi və şirkət bu mövzuda yalnız tizer fotolar paylaşırdı. Lakin indi bu vəziyyət dəyişib. Belə ki, insayderlər Nothing Phone (3)-ün render fotosunu təqdim ediblər. Təqdim edilmiş render fotoda smartfonun yalnız arxa paneli əks olunub. Render fotodan da görmək olar ki, Nothing Phone (3) yenilənmiş arxa kamera sahəsi dizaynını əldə edəcək.

Kamera sahəsinin daxilində 3 ədəd kamera yerləşəcək. Kameralardan ikisi dairəvi formada, biri isə oval formada olacaq. Bundan əlavə olaraq daha öncəki Nothing smartfonlarında olduğu kimi Nothing Phone (3)-ün də arxa paneli şəffaf olacaq. Maraqlı detal isə ondan ibarətdir ki, smartfonun arxa panelində Glyph adlı işıqlandırma sistemi görünmür. Bu isə şirkətin sözügedən işıqlandırma sistemindən imtina edə biləcəyinə işarə edir. Son məlumatlara inansaq, Nothing Phone (3) smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq.
Paylaş
Ən çox oxunanlar

iOS 26 və iPadOS 26-nı əldə edəcək Apple cihazlarının siyahısı açıqlanıb
