
Təqdimata hazırlaşan Nothing Phone (3a) Pro smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
20.02.2025
Emil
Nothing şirkəti 4 mart tarixində Nothing Phone (3a) smartfon seriyasını təqdim edəcək. Bu seriyaya Nothing Phone (3a) ilə yanaşı Phone (3a) Pro modeli də daxil olacaq. İndi isə məlum olub ki, təqdimata hazırlaşan Nothing Phone (3a) Pro smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində sözügedən smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən Nothing Phone (3a) Pro smartfonu Snapdragon 7s Gen 3 prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 12 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench-in məlumatlar bazasına əsasən Nothing Phone (3a) Pro qutudan Android 15-i əldə edəcək. Smartfon Geekbench-in birnüvəli testi çərçivəsində 1135 xal, çoxnüvəli testi çərçivəsində isə 2888 xal toplayıb.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
