
Təqdimata hazırlaşan OnePlus 13T-nin arxa kamera göstəriciləri rəsmi şəkildə açıqlanıb
Cihazlar+
18.04.2025
Emil
OnePlus şirkəti 24 aprel tarixində kompakt ölçülü OnePlus 13T smartfonunu təqdim edəcək. Təıqdimata az müddət qalmasına baxmayaraq şirkət sözügedən smartfon barəsində bəzi məlumatları bölüşməyə davam edir. Şirkət bu dəfə OnePlus 13T-nin kamera göstəricilərini təsdiqləyib. Beləliklə OnePlus bildirib ki, OnePlus 13T özündə ikili arxa kameranı birləşdirəcək. Əsas arxa kamera Sony-nin 50 MP-lik kamerası olacaq. İkinci kamera isə 2 qat optik zoom-a sahib 50 MP-lik telekamera olacaq. Qeyd etmək lazımdır ki, daha öncəki məlumatlara əsasən OnePlus-ın bu kompakt ölçülü smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.32 düym ölçülü AMOLED ekranla təchiz olunacaq və Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq.

Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
