
Təqdimata hazırlaşan OnePlus 13T-nin hansı həcmdə batareyaya sahib olacağı açıqlanıb
Cihazlar+
22.04.2025
Emil
OnePlus şirkəti 24 aprel tarixində kompakt ölçülü OnePlus 13T smartfonunu təqdim edəcək. Təqdimata az müddət qalmasına baxmayaraq şirkət onun barəsində məlumatları təqdim etməyə davam edir. Bu dəfə şirkət OnePlus 13T-nin hansı həcmdə batareyaya sahib olacağını açıqlayıb. Beləliklə şirkət tərəfindən təqdim edilmiş posterə əsasən OnePlus 13T smartfonu 6260 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Şirkət bildirib ki, bu, 6000 mAh-dan daha böyük həcmli batareyaya sahib ilk kompakt ölçülü smartfon olacaq. Qeyd etmək lazımdır ki, OnePlus 13T-nin 6.32 düym ölçülü AMOLED ekranla təchiz olunacağı və Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacağı gözlənilir. Bununla yanaşı smartfon özündə 50 MP + 50 MP ikili arxa kameranı birləşdirməlidir.

Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
