Logo
    main-post-cover

    Təqdimata hazırlaşan OnePlus Pad Pro planşetinin xarici görünüşü sərgilənib

    Cihazlar+
    24.06.2024
    Emil
         OnePlus şirkəti 27 iyun tarixində OnePlus Ace 3 Pro smartfonunu təqdim edəcək. Lakin həmin tarixdə şirkət sözügedən smartfondan əlavə olaraq daha bir yeni cihazını da təqdim edəcək. Söhbət, keçən ilki OnePlus Pad planşetinin Pro versiyasından gedir. Şirkətin sözlərinə əsasən bu, Android planşetlər arasında ən güclü planşet olacaq. İndi isə şirkət OnePlus Pad Pro-nun xarici görünüşünü sərgiləyib. Şirkət tərəfindən təqdim edilmiş fotoya əsasən OnePlus Pad Pro xarici görünüşcə OnePlus Pad ilə OnePlus Pad Go-ya bənzəyəcək.
         Fotodan da görmək olar ki, OnePlus Pad Pro planşeti ekran ətrafı nazik çərçivəni əldə edəcək və onun arxa panelində dairəvi formalı kamera sahəsi yerləşəcək. Bununla yanaşı planşet stilus və qoşula bilən fiziki klaviaturanın dəstəyini əldə edəcək. Bəzi məlumatlara əsasən OnePlus Pad Pro planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 3K keyfiyyətli 12.1 düym ölçülü IPS ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Üstəlik planşetin özündə 9510 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi güman edilir.
    Paylaş