Logo
    main-post-cover

    Təqdimata hazırlaşan OPPO Reno 13 Pro barəsində yeni məlumatlar ortaya çıxıb

    Cihazlar+
    06.11.2024
    Emil
         OPPO şirkəti OPPO Reno 13 smartfon seriyasının təqdimatına hazırlaşır. Bu seriyaya minimum iki model daxil olacaq. OPPO Reno 13 və Reno 13 Pro. Şirkət bu smartfonların rəsmi təqdimatlarını hələ anons etməyib. Lakin Digital Chat Station ləqəbli məşhur insayder dünən xəbər verdi ki, OPPO Reno 13 smartfonları 25 noyabr tarixində Çində təqdim oluna bilərlər. İndi isə Çinin Weibo adlı sosial şəbəkəsində OPPO Reno 13 Pro modelinin texniki imkanları ilə bağlı məlumatlar ortaya çıxıb.
         Beləliklə ortaya çıxmış məlumatlara əsasən OPPO Reno 13 Pro smartfonu 6.83 düym ölçülü ekranla təchiz olunacaq və ekranın kənar hissələri əyilmiş dizaynda hazırlanacaq. Smartfon hələ təqdim olunmamış MediaTek Dimensity 8350 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, daha öncəki model olan OPPO Reno 12 Pro smartfonu Dimensity 9200+ prosessoru vasitəsilə çalışır. Məlumatlarda həmçinin qeyd edilib ki, yeni smartfon 16 GB-a kimi RAM-ı və 1 TB-a kimi daxili yaddaş həcmini əldə edəcək.
    Paylaş