Logo
    main-post-cover

    Təqdimata hazırlaşan POCO F6-nın hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə məlum olub

    Cihazlar+
    14.05.2024
    Emil
         Xiaomi-nin POCO brendi dünən POCO F6 subflaqman smartfonunun təqdimatını anons etdi. Sözügedən smartfon 23 may tarixində təqdim olunacaq. İndi isə POCO brendi sözügedən smartfonun hansı prosessor vasitəsilə çalışacağını rəsmi şəkildə açıqlayıb. Beləliklə POCO tərəfindən təqdim edilmiş posterə əsasən POCO F6 smartfonu Snapdragon 8s Gen 3 prosessorunu əldə edəcək.
         Qeyd etmək lazımdır ki, POCO F6 keçən ay Çində təqdim edilmiş Redmi Turbo 3-ün qlobal bazar üçün nəzərdə tutulmuş versiyası rolunda çıxış etməlidir. Burdan da belə qənaətə gəlmək olar ki, POCO F6 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym ekranla təchiz olunmalı və özündə 50 MP + 8 MP ikili arxa kamera ilə 90 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Həmçinin qeyd etmək lazımdır ki, POCO brendi 23 may tarixində POCO F6 ilə yanaşı POCO F6 Pro-nu da təqdim edə bilər.
    Paylaş