Logo
    main-post-cover

    Təqdimata hazırlaşan POCO F7-nin hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb

    Cihazlar+
    19.06.2025
    Emil
         Xiaomi-nin POCO brendi 24 iyun tarixində qlobal bazarda POCO F7 smartfonunu təqdim edəcək. Son günlərdə bu smartfon barəsində bir sıra məlumatlar ortaya çıxıb. Onun hətta xarici görünüşü də məlumdur. İndi isə POCO brendi POCO F7 smartfonunun hansı prosessor vasitəsilə çalışacağını rəsmi şəkildə açıqlayıb. Beləliklə təqdim edilmiş posterə əsasən təqdimata hazırlaşan bu yeni smartfon Snapdragon 8s Gen 4 subflaqman prosessorunu əldə edəcək. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə smartfon Geekbench testlərindən keçmişdi və bençmarkın məlumatlar bazasında da məhz bu prosessor qeyd edilmişdi. Bununla yanaşı posterdə qeyd edilib ki, POCO F7 smartfonu AnTuTu testlərində ümumilikdə 2 084 535 xal toplayıb. Bu isə smartfonun yüksək performansından xəbər verir.
    Paylaş