
Təqdimata hazırlaşan POCO X6 Neo smartfonunun texniki göstəriciləri məlum olub
Cihazlar+
02.02.2024
Emil
Xiaomi-nin POCO brendi öz yeni smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, POCO X6 Neo smartfonundan gedir. İnsayderlər sözügedən smartfonun texniki imkanları barəsində bəzi məlumatları təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən POCO X6 Neo smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.67 düym AMOLED ekranla təchiz olunacaq. Bununla yanaşı smartfonun gövdəsi IP54 standartı üzrə sudan qorunmalıdır. İnsayderlər bildiriblər ki, smartfon MediaTek Dimensity 6080 prosessoru vasitəsilə çalışacaq və özündə 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Gözləntilərə əsasən POCO X6 Neo mart ayında təqdim olunacaq.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
