
Təqdimata hazırlaşan Redmi 13 5G-nin xarici görünüşü və texniki imkanları sızdırılıb
Cihazlar+
21.06.2024
Emil
Xiaomi-nin Redmi brendi bu ayın əvvəlində Redmi 13 4G smartfonunu təqdim etmişdi. İndi isə Redmi brendi Redmi 13 5G-nin təqdimatına hazırlaşır. Redmi 13 5G-nin təqdimatı 9 iyul tarixində baş tutmalıdır. Təqdimata bir neçə həftə qalmasına baxmayaraq Amazon-un Hindistan üzrə şöbəsi sözügedən yeni smartfonun xarici görünüşünü və texniki imkanlarını sızdırıb. Beləliklə Amazon tərəfindən sızdırılmış posterə əsasən Redmi 13 5G smartfonu xarici görünüşcə Redmi 13 4G-yə bənzəyəcək. Texniki imkanlar baxımından Redmi 13 5G Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 33 vatt gücündə sürətli şarj texnologiyalı 5030 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Üstəlik smartfon 108 MP-lik əsas arxa kameranı və HyperOS interfeysini əldə edəcək. Redmi 13 5G-nin hansı qiymətə satılacağı barəsində bir məlumat yoxdur.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Xiaomi Mix Flip-in yeni sxematik fotosu təqdim edilib
Xiaomi yaxın zamanda qatlana bilən Xiaomi Mix Fold 4 ilə yanaşı həmçinin ilk qatlana bilən qapaqlı smartfonu Xiaomi Mix Flip-i də təqdim etməlidir.

Cihazlar+
Xiaomi Mix Fold 4-ün vacib özəlliklərindən biri məlum olub
Xiaomi şirkəti yaxın aylar ərzində yeni qatlana bilən smartfonunu təqdim etməlidir. Söhbət, Xiaomi Mix Fold 4-dən gedir.

Cihazlar+
Redmi K70 seriyasının növbəti flaqman modelinin texniki imkanları ortaya çıxıblar
Xiaomi-nin Redmi brendinin yaxın zamanda Redmi K70 Ultra flaqman smartfonunu təqdim edəcəyi gözlənilir.

Cihazlar+
Təqdimata orta büdcəli Redmi Pad SE 8.7 4G planşeti hazırlaşır
Xiaomi-nin Redmi brendi özünün yeni orta büdcəli planşetini təqdim etməyə hazırlaşır. Söhbət, Redmi Pad SE 8.7 4G-dən gedir.

Cihazlar+
Məşhur insayder Xiaomi 15-in əsas texniki imkanlarını açıqlayıb
Digital Chat Station ləqəbli məşhur insayder dünən Xiaomi 15 Pro-da olacaq kamera özəllikləri barəsində məlumat vermişdi. İndi isə həmin insayder adi Xiaomi 15-in əsas texniki imkanlarını bölüşüb.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
