Logo
    main-post-cover

    Təqdimata hazırlaşan REDMI 15C 5G-nin render fotosu təqdim edilib

    Cihazlar+
    28.07.2025
    Emil
         Xiaomi-nin REDMI brendi yaxın zamanda büdcəli REDMI 15C 5G smartfonunu təqdim etməlidir. İndi isə insayderlər bu yeni büdcəli smartfonun render fotosunu təqdim ediblər. Təqdim edilmiş fotoda həmçinin smartfonun bəzi əsas texniki imkanları əks olunub. Render fotodan da görmək olar ki, smartfon yastı gövdəni əldə edib və onun ekranı üzərində damcı formalı çıxıntı yerləşib. Smartfonun arxa panelinin yuxarı sol hissəsində isə kvadrat formalı kamera sahəsi var və kamera sahəsinin daxilində iki ədəd kamera mövcuddur. Render fotodakı məlumatlara inansaq, REDMI 15C 5G smartfonu 6.9 düym ölçülü ekranla təchiz olunub və özündə 33 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyanı birləşdirir. Smartfonun gələn ay təqdim olunacağı istisna edilmir.
    Paylaş