Logo
    main-post-cover

    Təqdimata hazırlaşan REDMI K Pad planşetinin bəzi rəsmi təfərrüatları açıqlanıb

    Cihazlar+
    19.06.2025
    Emil
         Xiaomi-nin REDMI brendi gələn həftə REDMI K Pad adlı yeni planşetini təqdim edəcək. İndi isə brend bu planşetin bəzi özəlliklərini açıqlayıb. Təqdim olunmuş məlumata əsasən REDMI K Pad planşeti metal materialdan hazırlanmış gövdəni əldə edəcək. Planşet 3K keyfiyyətli 8.8 düym ölçülü LCD ekranla təchiz olunacaq. Planşetin prosessoru qismində MediaTek Dimensity 9400+ çıxış edəcək. Üstəlik REDMI K Pad özündə maye soyutma sistemini birləşdirəcək və bu soyutma sistemi planşetin 12 050 mm² sahəsini soyuda biləcək. Məlumatda qeyd edilib ki, planşet iki ədəd USB-C girişini əldə edəcək. Cihazın batareya həcmi isə 7500 mAh təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, 8.3 düym ölçülü ekrana sahib iPad mini planşeti 5210 mAh enerji tutumlu batareya ilə təchiz olunur.
    Paylaş