
Təqdimata hazırlaşan Redmi K70 Ultra smartfonu AnTuTu bençmarkında yeni rekorda imza atıb
Cihazlar+
11.07.2024
Emil
Xiaomi-nin Redmi brendi Redmi K70 Ultra flaqman smartfonu barəsində məlumatları təqdim etməyə davam edir. Bu isə smartfonun artıq yaxın zamanda təqdim olunacağı deməkdir. Redmi tərəfindən təqdim edilmiş yeni poster sayəsində məlum olub ki, Redmi K70 Ultra smartfonu AnTuTu bençmarkı testlərində yeni rekorda imza atıb. Belə ki, sözügedən smartfon AnTuTu testlərində ümumilikdə 2 382 780 xal toplayıb. Bunun əsas səbəbi isə smartfonun sahib olduğu MediaTek Dimensity 9300+ prosessorudur. Redmi brendinin sözlərinə əsasən Redmi K70 Ultra-nın yüksək performans əldə etməsi üçün o, MediaTek şirkəti ilə sıx şəkildə əməkdaşlıq edib. Qeyd etmək lazımdır ki, smartfonun bu ay ərzində təqdim olunacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
