Logo
    main-post-cover

    Təqdimata hazırlaşan Redmi Turbo 3 smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    02.04.2024
         Dünən Redmi brendi Redmi Turbo 3 smartfonunun təqdimatını anons etdi. Smartfon bu ay ərzində təqdim olunacaq. Lakin dəqiq təqdimat tarixi daha sonra açıqlanacaq. İndi isə məlum olub ki, Redmi Turbo 3 smartfonu Geekbench testlərindən keçib. Geekbench məlumatlarına əsasən sözügedən smartfon Snapdragon prosessorunu əldə edəcək. Məlumatlarda prosessorun konkret adı çəkilməsə də bunun Snapdragon 8s Gen 3 olacağı gözlənilir. Bununla yanaşı məlum olub ki, Redmi Turbo 3 smartfonu 16 GB RAM ilə təchiz olunacaq və qutudan Android 14-ü əldə edəcək. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1981 xal, çox nüvəli testi çərçivəsində isə 5526 xal toplayıb 

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Təqdimata hazırlaşan Redmi Turbo 3 smartfonu Geekbench testlərindən keçib | Technote