
Təqdimata hazırlaşan Samsung Galaxy A06 smartfonunun texniki imkanları detallı şəkildə təqdim edilib
Cihazlar+
13.08.2024
Emil
Biz artıq dəfələrlə bildirmişik ki, Samsung şirkəti Galaxy A06 adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə insayderlər təqdimata hazırlaşan bu yeni büdcəli smartfonun texniki imkanları barəsində detallı məlumatları təqdim ediblər. Beləliklə məlumatlara əsasən Galaxy A06 smartfonu 60 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.7 düym ölçülü LCD ekranla təchiz olunacaq. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcək.
Smartfon MediaTek Helio G85 prosessoru vasitəsilə çalışacaq və özündə 4 GB RAM ilə 64/128 GB daxili yaddaş həcmini birləşdirəcək. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı əldə edəcək. Batareyaya gəldikdə isə Galaxy A06 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Smartfon qutudan Android 14 vasitəsilə çalışacaq. İnsayderlərin sözlərinə əsasən Galaxy A06 2 il ərzində Android dəstəyini və 4 il ərzində təhlükəsizlik dəstəyini əldə edəcək.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
