main-post-cover

    Təqdimata hazırlaşan Samsung Galaxy A15-ün yeni fotoları təqdim edilib

    Cihazlar+
    06.12.2023
    Emil Nəcəfov
         Samsung şirkətinin hazırladığı Galaxy A15 adlı yeni büdcəli smartfonu barəsində artıq kifayət qədər məlumat ortaya çıxıb. İndi isə 91mobiles saytı sözügedən smartfonun yeni keyfiyyətli fotolarını təqdim edib. Fotolardan da görmək olar ki, smartfon yastı ekrana və ekran üzərində damcı formalı çıxıntı hissəyə sahib olacaq. Smartfonun büdcəli olması səbəbilə o, plastik materialdan hazırlanmış gövdəni əldə edəcək. Arxa paneldən smartfon özündə üç ədəd kamera obyektivini birləşdirəcək.
         Qeyd etmək lazımdır ki, Galaxy A15 smartfonu iki versiyada satışa çıxacaq. Onlardan biri 5G dəstəyinə, digəri isə 4G dəstəyinə sahib olacaq. Smartfonun 5G versiyası MediaTek Dimensity 6100+ prosessoru, 4G versiyası isə MediaTek Helio G99 prosessoru vasitəsilə çalışmalıdır. Digər texniki göstəricilərə gəldikdə isə smartfon 6.5 düym ekran, 50 MP-lik əsas arxa kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Galaxy A15-in təqdimatı ya bu ay ya da gələn ay baş tutmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy A25 5G-nin fotoları və texniki imkanları təqdim edilib
    samsung-galaxy-a25-5g-nin-fotolari-ve-texniki-imkanlari-teqdim-edilib
    Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Samsung Galaxy S21 FE üçün istifadəyə verilib
    android-14-esasli-oneui-60-in-stabil-versiyasi-samsung-galaxy-s21-fe-ucun-istifadeye-verilib
    Android 14 əsaslı OneUİ 6.0-ın stabil versiyası Galaxy A14 4G üçün istifadəyə verilib
    android-14-esasli-oneui-60-in-stabil-versiyasi-galaxy-a14-4g-ucun-istifadeye-verilib
    Samsung Galaxy Book 4 noutbuku Geekbench testlərindən keçib
    samsung-galaxy-book-4-noutbuku-geekbench-testlerinden-kecib
    Samsung Galaxy S25 və S25+ smartfonlarının kameralarında ciddi dəyişiklik ola bilər
    samsung-galaxy-s25-ve-s25-smartfonlarinin-kameralarinda-ciddi-deyisiklik-ola-biler