
Təqdimata hazırlaşan vivo S20 Pro-nun texniki imkanları açıqlanıb
Cihazlar+
16.11.2024
Emil
Biz artıq bilirik ki, vivo şirkəti vivo S20 smartfon seriyasının təqdimatına hazırlaşır və bu seriyaya iki model daxil olacaq. Vivo S20 və S20 Pro. Biraz əvvəl biz xəbər verdik ki, adi vivo S20 modeli Geekbench testlərindən keçib. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder vivo S20 Pro modelinin texniki imkanları barəsində təfərrüatları açıqlayıb. Beləliklə insayderin sözlərinə əsasən vivo S20 Pro smartfonu 1.5K keyfiyyətli 6.7 düym ölçülü OLED LTPS ekranla təchiz olunacaq.
Smartfon MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışacaq. Məlumatda qeyd edilib ki, vivo S20 Pro özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kamera ilə 50 MP-lik ön kameranı birləşdirəcək. Batareya mövzusuna gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Vivo S20 smartfonlarının yaxın zamanda təqdim olunacaqları gözlənilir. Güman olunur ki, müəyyən müddətdən sonra bu smartfonlar qlobal bazarda şirkətin vivo V seriyası altında satışa çıxacaqlar.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
