Logo
    main-post-cover

    Təqdimata hazırlaşan vivo S20 smartfonları barəsində təfərrüatlar verilib

    Cihazlar+
    06.11.2024
    Emil
         Vivo şirkəti bu ilin may ayında vivo S19 S19 Pro smartfonlarını təqdim etmişdi. İndi isə şirkət vivo S20 smartfon seriyasını təqdim etməyə hazırlaşır. Gözləntilərə əsasən bu seriyaya iki model daxil olacaq. Vivo S20 və S20 Pro. Ortaya çıxmış məlumata əsasən vivo S20 modellərindən biri 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bu cür böyük həcmli batareyaya sahib olacağına baxmayaraq həmin model özündə olduqca nazik gövdəni birləşdirəcək.
         Məlumatda qeyd edilib ki, 6500 mAh-lıq batareyanı əldə edəcək smartfonun gövdə qalınlığı 8 mm-dən çox olmayacaq. Gözləntilərə əsasən adi vivo S20 modeli Snapdragon 7 Gen 3, vivo S20 Pro modeli isə MediaTek Dimensity 9300 prosessoru vasitəsilə çalışacaq. Vivo S20 seriyası artıq bu ay təqdim oluna bilər. Qeyd etmək lazımdır ki, smartfonlar ilk növbədə Çində satışa çıxacaqlar. Daha sonra isə onlar böyük ehtimal ilə vivo V seriyası altında qlobal bazarda da satışa çıxacaqlar.
    Paylaş