
Təqdimata hazırlaşan Vivo V50-nin ilk rəsmi tizer fotosu təqdim edilib
Cihazlar+
03.02.2025
Emil
Vivo şirkəti aktiv şəkildə Vivo V50 smartfon seriyasının təqdimatına hazırlaşır. Gözləntilərə əsasən bu seriyaya 2 model daxil olacaq. Vivo V50 və V50 Pro. Keçən həftə 91mobiles saytı Vivo V50-nin keyfiyyətli render fotosunu təqdim etdi. İndi isə Vivo şirkəti özü rəsmi şəkildə Vivo V50 seriyasının ilk tizer fotosunu bölüşüb. Təqdim edilmiş fotoda sözügedən seriyanın nə zaman təqdim olunacağı barəsində məlumat qeyd edilməsə də “Coming Soon” yazısı qeyd edilib.
Bu isə o deməkdir ki, Vivo V50 seriyasının təqdimatı artıq çox yaxındır. Bundan əlavə olaraq fotoda smartfonun ön panelinin bir hissəsi əks olunub. Fotodan da görmək olar ki, smartfon kəna hissələri yuvarlaq olan gövdə dizaynını əldə edəcək. Müvafiq olaraq ekranın kənar hissələri də bir qədər əyilmiş dizayna sahib olacaq.

Fotoda həmçinin ZEISS və AI yazılarını görmək olar. ZEISS yazısı smartfonun təkmilləşdirilmiş kamera obyektivlərini əldə edəcəyini, AI yazısı isə smartfonun süni zəka imkanlarına sahib olacağını əks etdirir. Daha öncəki məlumat sızıntılarına inansaq, Vivo V50 smartfonu Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışacaq, özündə 50 MP-lik əsas arxa kameranı birləşdirəcək və 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
