Logo
    main-post-cover

    Təqdimata hazırlaşan vivo X100s smartfonunun real fotoları təqdim edilib

    Cihazlar+
    03.05.2024
    Farid
         İnsayderlər təqdimata hazırlaşan vivo X100s smartfonunun real fotolarını Çinin Weibo adlı sosial şəbəkəsində bölüşüblər. Təqdim edilmiş real fotolar sözügedən smartfon barəsində daha öncəki məlumat sızıntılarını təsdiqləyiblər. Belə ki, smartfon həqiqətən də xarici görünüşcə keçən ilki adi vivo X100-dən fərqlənməyəcək. Vivo X100s-in arxa panelində böyük ölçülü dairəvi kamera sahəsi yerləşəcək. Onun daxilində isə ZEISS obyektivlərindən təşkil edilmiş 3 ədəd kamera mövcud olacaq. Smartfon yastı gövdəni və ekranı əldə edəcək. Gözləntilərə əsasən vivo X100s 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekranı əldə edəcək, MediaTek Dimensity 9300 Plus prosessoru vasitəsilə çalışacaq və özündə 80 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Vivo X100s-in bu ay ərzində təqdim olunacağı gözlənilir.
    Paylaş