main-post-cover

    Təqdimata hazırlaşan vivo X100s və X100 Ultra smartfonları bir posterdə əks olunublar

    Cihazlar+
    01.05.2024
    Farid Pardashunas
         Vivo şirkəti hal hazırda vivo X100s X100 Ultra smartfonlarının təqdimatlarına hazırlaşır. İnsayderlər isə bu smartfonların birgə əks olunduqları posteri təqdim ediblər. Təqdim edilmiş posterdə sözügedən smartfonların arxa panelləri əks olunub. Posterdən də görmək olar ki, arxa panel dizaynı baxımından smartfonlar bir-birilərinə bənzəyəcəklər. Bununla yanaşı smartfonlar ZEISS kamera optikasına sahib olacaqlar.
         Vivo X100s modeli yaşıl gövdə rəngini, vivo X100 Ultra isə boz gövdə rəngini əldə edəcək. Son məlumat sızıntılarına əsasən vivo X100s smartfonu MediaTek Dimensity 9300 Plus prosessoru vasitəsilə çalışacaq və özündə 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekranla 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Vivo X100 Ultra smartfonuna gəldikdə isə onun Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı və 200 MP-lik teleobyektivə sahib olacağı gözlənilir. Vivo-nun bu yeni smartfonları artıq bu ay ərzində təqdim oluna bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Vivo X100s smartfonu AnTuTu və Geekbench bençmarklarında testlərdən keçib
    vivo-x100s-smartfonu-antutu-ve-geekbench-bencmarklarinda-testlerden-kecib
    Honor Çinin smartfon bazarının liderinə çevrilib
    honor-cinin-smartfon-bazarinin-liderine-cevrilib
    Vivo X100s smartfonunun fotoları ortaya çıxıb
    vivo-x100s-smartfonunun-fotolari-ortaya-cixib
    Vivo V30e 5G-nin təqdimatı anons edilib
    vivo-v30e-5g-nin-teqdimati-anons-edilib
    Vivo V30e 5G-nin render fotoları və texniki göstəriciləri təqdim edilib
    vivo-v30e-5g-nin-render-fotolari-ve-texniki-gostericileri-teqdim-edilib