main-post-cover

    Təqdimata hazırlaşan vivo X200 Pro mini-nin videosu ortaya çıxıb

    Cihazlar+
    07.10.2024
    Emil Nəcəfov
         Vivo şirkətinin 14 oktyabr tarixində təqdim edəcəyi vivo X200 smartfon seriyasına daxil olacaq modellərdən biri də vivo X200 Pro mini olacaq. Təqdimata az müddət qalmış vivo X200 Pro mini modelinin əks olunduğu video ortaya çıxıb. Ortaya çıxmış videoda smartfonun arxa paneli və kənar hissələri sərgilənib. Beləliklə videoya əsasən vivo X200 Pro mini smartfonu yastı gövdə dizaynını əldə edəcək.
         Onun arxa panelində isə böyük ölçülü dairəvi kamera sahəsi yerləşəcək. İnsayderlərin sözlərinə əsasən bu yeni smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.31 düym ölçülü OLED ekranla təchiz olunacaq və MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacaq. Gözləntilərə əsasən vivo X200 Pro mini modelinin maksimal konfiqurasiyada versiyası 16 GB RAM ilə 1 TB daxili yaddaş həcmini əldə edəcək. Smartfonun 50 MP + 50 MP + 50 MP üçlü arxa kamera ilə təchiz olunacağı güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Vivo şirkəti artıq vivo V50 smartfon seriyası üzərində çalışır
    vivo-sirketi-artiq-vivo-v50-smartfon-seriyasi-uzerinde-calisir
    Təqdimata az müddət qalmış vivo X200 Pro-nun əsas texniki imkanları açıqlanıb
    teqdimata-az-muddet-qalmis-vivo-x200-pro-nun-esas-texniki-imkanlari-aciqlanib
    Vivo X200 smartfonlarının müxtəlif gövdə rənglərində fotoları ortaya çıxıb
    vivo-x200-smartfonlarinin-muxtelif-govde-renglerinde-fotolari-ortaya-cixib
    Vivo X200-ün ön paneli rəsmi şəkildə sərgilənib
    vivo-x200-un-on-paneli-resmi-sekilde-sergilenib
    Vivo X200 Pro mini ilə iPhone 16 Pro arasında müqayisə aparılıb
    vivo-x200-pro-mini-ile-iphone-16-pro-arasinda-muqayise-aparilib