Logo
    main-post-cover

    Təqdimata hazırlaşan Xiaomi 14T Pro hansı gücdə sürətli naqilli və naqilsiz şarj texnologiyalarını dəstəkləyəcək?

    Cihazlar+
    24.09.2024
    Emil
         Xiaomi şirkəti 26 sentyabr tarixində Xiaomi 14T smartfonlarını təqdim edəcək. Söhbət, adi Xiaomi 14T və Xiaomi 14T Pro modellərindən gedir. Təqdimata sayılı günlər qalmış şirkət Xiaomi 14T Pro-nun özəlliklərindən birini açıqlayıb. Açıqlanmış məlumat smartfonun hansı gücdə sürətli naqilli və naqilsiz şarj texnologiyalarını dəstəkləyəcəyini əhatə edir. Xiaomi tərəfindən təqdim edilmiş posterə əsasən Xiaomi 14T Pro smartfonu 120 vatt gücündə sürətli naqilli və 50 vatt gücündə sürətli naqisliz şarj texnologiyalarını dəstəkləyəcək. Son məlumat sızıntılarına əsasən smartfon 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bundan əlavə olaraq Xiaomi 14T Pro-nun 144 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym ölçülü AMOLED ekrana, MediaTek Dimensity 9300+ prosessoruna və 50 MP + 12 MP + 50 MP üçlü arxa kameraya sahib olacağı gözlənilir.
    Paylaş